Siesta -günorta yuxusu

0
516

Hələ Qədim Romada günorta yeməyindən sonra istirahət etmək kimi bir anlayış var idi. Yunanıstanda bu bir adət halına çevrilmişdi. İspanlar bunu daha da müasirləşdirərək günorta yeməyindən sonra yuxuya “Siesta” adı verdilər. “Siesta” latın sözü olan “hora sexta” dan götürülüb. Mənası “6-cı saat” və ya “günorta” deməkdir. Siestanı çox vaxt “ispan yoqası” adlandırırlar.

Siesta günorta yuxusu deməkdir. Günorta saatlarında qısa yuxu fasiləsinin günü daha faydalı, işi isə daha keyfiyyətli etdiyi hesab olunur.

2008-ci ildə Sara Mednik və onun komandasının apardığı araşdırmalarda 60-90 dəqiqəlik günorta yuxusu ilə bir fincan qəhvənin yaddaşa təsiri müqayisə olunmuş, nəticədə qəhvənin əksinə olaraq günorta yuxusunun yaddaşı gücləndirdiyi məlum olmuşdur.

Günorta yuxusunun iş fəaliyyətini də artırdığına inanan bəzi şirkətlər işçilərinə iş yerində yatmaq üçün şərait yaradır. Günorta yuxusu üçün ən ideal saat 14:00-16:00 arası hesab olunur. Günorta yuxusu üçün 60-90 dəqiqə kifayət edir. Siesta artıq bir çox ölkələrdə tətbiq olunur.