Yaxın günlərdə ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarını “əsl cəhənnəm” gözləyir.
Bu barədə İranın “Tasnim” agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi-dəniz qüvvələri komandanlığının bəyanatına istinadla məlumat yayıb.
Bildirilib ki, Amerikanın Sirikə endirdiyi zərbələr İranın Hörmüz boğazına nəzarət problemini həll etməyəcək. SEPAH vurğulayıb ki, İranın pozuculara qarşı atdığı atəş digər gəmilərə sərbəst keçid qaydalarını xatırladır.
Agentlik İnqilab Keşikçilərinin bəyanatından sitat gətirərək bildirir: “Regiondakı Amerika bazaları isə tamamilə başqa məsələdir. Yaxın günlərdə onları əsl cəhənnəm gözləyir”.




