Sel Ağstafada dağıntılara səbəb oldu – VİDEO

0
424

Həsənsu çayına gələn sel Ağstafa rayonunda dağıntılara səbəb olub.

Daşqın zamanı Göycəli kəndində çayın üzərində olan, ikisi əsas, biri piyada üçün, Tatlı kəndində isə iki keçid körpüsü uçub. Bundan əlavə, ağaclar, elektrik dirəkləri, çayətrafı yollar da sel sularının altında qalıb.

Ağstafa rayon İcra Hakimiyyətinin nəznindəki fövqəladə komissiyadan bildirilib ki, hazırda ərazidə əhalinin keçidi üçün müvəqqəti işlər görülüb. Lakin körpünün bərpası və ya inşası məqsədilə ağır texnikadan istifadə edilməlidir. Bu səbəbdən sel sularının azalması gözlənilir.