Saziş imzalandı: Fransa Ermənistana bu silahları verəcək

0
55

İrəvan və Paris Fransanın CAESAR özüyeriyən silahlarının tədarükünə dair müqavilə imzalayıblar.

Bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu “X” sosial şəbəkəsində bildirib.

“Biz Ermənistanla müdafiə sahəsində əlaqələrimizi gücləndirməkdə davam edirik. Həmkarım Suren Papikyanla CAESAR silahlarının alınması ilə bağlı müqaviləni imzaladıq”, – o qeyd edib.

CAESAR özüyeriyən silahı zirehli kabinli “Renault Sherpa” 10 yük maşınının şassisinə quraşdırılmış 155 mm-lik haubitsadır.

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi iki nazir arasında aparılan danışıqlar zamanı hərbi-texniki əməkdaşlığa dair yeni razılaşmaların əldə olunduğunu bildirib. Ermənistan Müdafiə Nazirliyi və Fransanın hərbi-sənaye şirkəti KNDS arasında müvafiq saziş imzalanıb.