Şamanların 2025-ci il üçün qorxulu proqnozu: Quraqlıq, daşqın və Qərbdə…

0
10

Buryatiya Respublikasında “Tengeri” assosiasiyasından olan şamanizm ardıcılları öz mənəvi təlimlərinə uyğun olaraq cari ilin ən mühüm hadisələri ilə bağlı proqnoz veriblər.

Bu barədə “Siberian Express” Telegram kanalı məlumat yayıb.

“İlan yola düşən kimi təsadüfən quyruğunu vuracaq. Qərbin ucqar kənarında Yer silkələnəcək!”, – deyə şamanlar deyib.

Ruhanilər Buryatiya üçün ənənəvi olan ay təqviminə əsaslanaraq, poetik formada yazılmış proqnozlarını veriblər. Şamanların fikrincə, bu ilin totemi yaşıl taxta ilandır.

Cari təqvim dövrünün mümkün hadisələri arasında şamanlar quraqlıqları, daşqınları və tektonik plitələrin yerdəyişməsini vurğulayıblar.

“Poetik proqnoza diqqətlə baxsanız, cəmiyyəti gözləyən “qeybət və nifaq”dan bəhs olunduğunu görəcəksiniz”, – kanal bildirir.

Qeyd edək ki, ənənəvi inanclar diqqətlə qorunur və Buryat xalqının nümayəndələri arasında ötürülür.

Xatırladaq ki, bundan əvvəl yerli fəallar 19-cu əsrin sonlarında şaman-peyğəmbər Barnaşkenin verdiyi 40 günlük üçüncü dünya müharibəsi proqnozlaşdırıblar və bunun qarşısının alınması ilə bağlı fikirlərini bölüşüblər.