Şahramanyan son bir ayda 5-6 dəfə dindirilib: Həbs olunacaq – İrəvanda nə baş verir?

0
13

Qarabağdan Ermənistana qaçan separatçıların başçısı Samvel Şahramanyan son bir ay ərzində Ermənistan İstintaq Komitəsində 5-6 dəfə dindirilib.

Bu barədə “ArmLur.am” məlumat yayıb.

Bildirilir ki, söhbət 2023-cü ilin sentyabrında Azərbaycanın antiterror əməliyyatı zamanı “məsul” şəxslərin səhlənkarlığından, eləcə də silah və sursatın verilməsindən gedir.

Vəkili Roman Yeritsyan Şahramanyanın bu işdə şahid olduğunu və ona qarşı ittiham irəli sürülmədiyini bildirsə də, yaxın vaxtlarda onun həbs olunacağı istisna edilmir.

ArmLur.am saytı onu da öyrənə bilib ki, bu iş çərçivəsində Samvel Babayan da dindirilib. Nəşr işin açılmasına məhz onun ifadəsinin səbəb olduğunu istisna etmir.