Şagirdin kimya dərsində etdiyi BU KƏŞF insanları xilas edəcək – FOTO-VİDEO

0
412
Şagirdin kimya dərsində etdiyi BU KƏŞF insanları xilas edəcək - FOTO-VİDEO

ABŞ-da 17 yaşlı şagird Dasiya Teylor kimya dərsində yenilik kəşf edərək elmi sərgiyə təqdim edib. Onun kəşfi insanların həyatını xilas etməyə yardım edəcək.

Bu barədə “Ridus” yazır.

Belə ki, Teylor yaranın içərisində infeksiyanın olduğu barədə xəbərdarıq edərək rəngini dəyişən cərrahi saplar yaradıb. Onların köməyi ilə həkimlər və xəstələr infeksiya ciddiləşmədən öncə xəbər tutub tədbir görə biləcəklər.

Hələ 2019-cu ildə, orta məktəbdə Dasiya çuğundurun pH (hidrogen göstəricisinin) dəyişməsinə reaksiya verərək rəngini dəyişə bildiyinə diqqət edib. Elə o zaman qız belə qənaətə gəlib ki, çuğundur suyu yaralardakı infeksiyanı müəyyən etmək üçün mükəmməl indikator ola bilər.

Bədən dərisində pH dərəcəsi təxminən 5-ə bərabərdir, infeksiya isə bu göstəricini 9-dək artırır. Çuğundur suyu buna reaksiya verərək rəngini karamel-qırmızıdan tünd bənövşəyiyə dəyişir.

Şagirdin kimya dərsində etdiyi BU KƏŞF insanları xilas edəcək - FOTO-VİDEODaha sonra Dasiya tərkibində çuğundur suyudan ibarət boya olan və tikiş sapının bütün tələblərinə cavab verən bir material tapmağa çalışıb. Nəticədə pambıq və poliester qarışığı uyğun gəlib.

Dasiya “Regeneron Science Talent” elmi-tədqiqat yarışmasında 40 finalçıdan biri olub. Kəşf ona 25 min dollar və Siborq mükafatı qazandırıb.

Yeniyetmə özü və oxuduğu təhsil müəssisəsi ilə çox qürur duyduğunu bildirib:

“Məktəbimizdə kimsə böyük bir şey etdikdə tez bir zamanda məşhurlaşır. Həmin uşqlardan biri olmaq möhtəşəmdir”.