Saçları tez-tez yumağın zərərləri

0
177

Dermatologiya və trixologiya üzrə ixtisaslaşmış Este Medical Group-un baş direktoru Sam Sinkier, “GlasgowLiv” Britaniya nəşrinə danışaraq keçəlliyə səbəb ola biləcək faktorları sadalayıb.

O, vurğulayıb ki, saçımızı yuduğumuz zaman etdiyimiz səhvlər keçəlləşmənin başlıca səbəblərindəndir.

Məlum olub ki, saçları tez-tez yumaq dolaşıqlıq, yarıq və kövrək uclar kimi problemlərə, həmçinin baş dərisinin qaşınmasına və saç tökülməsinə səbəb ola bilər.

“Fakt budur ki, baş dərisi öz-özünə yağ ifraz edir – müəyyən mənada yağa təbii alternativdir. Sebum saçları nəm itkisindən qorumağa kömək edir və tez-tez yuyulma qoruyucu təbəqəni incələyə bilər”.

Dermatoloq onu da qeyd edib ki, saç tipi saçın nə qədər tez-tez yuyulmalı olduğunu müəyyən etməlidir. Məsələn, nazik saç sahibləri saçlarını həftədə iki-üç dəfə, qalın saçlı insanlar isə iki dəfədən çox yumamalıdırlar.