Azərbaycanda yeni il tətili başlayır.
Yeni il bayramı ilə əlaqədar ölkədə ardıcıl beş gün iş olmayacaq.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır.
Belə ki, 2022-ci ilin 1-2 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf edir.
Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq. Beləliklə, 31 dekabr 2021-ci il və 1, 2, 3, 4 yanvar 2022-ci il tarixləri qeyri-iş günü olaraq qəbul edilib.