Saakaşvili Paşinyana müraciət etdi: Qaç, arxaya baxmadan qaç, gecikmək ölümə bərabərdir

0
175

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili öz “Facebook” səhifəsində Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edərək, onu “özünü və Ermənistan dövlətçiliyini xilas etmək üçün” mümkün qədər Rusiyadan qaçmağa çağırıb.

Saakaşvili Rusiyanın bütün erməni kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoymasına toxunub, Yuxarı Lars keçid məntəqəsində yaranan problemləri xatırladıb. 

“Mən Ermənistanın baş naziri üçün bir daha təkrar etmək istəyirəm. Hörmətli Nikol, qaç, tez qaç, arxaya baxmadan, KTMT-dən, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatından, Avropa Birliyinə, NATO-ya, yeni regional birliklərə qaç.
Amma önəmli olan Rusiyadan qaçmaq, özünüzü və erməni dövlətçiliyini xilas etməkdir. Putin buldoq kimidir, dişləyir və dişlərini sıxana qədər buraxmır. Həyatda qalmaq üçün ondan çəkinin. Əminəm ki, hələ də gec deyil. Gecikmə ölümə bərabərdir”, – Saakaşvili yazıb.