Son vaxtlar ölkə ərazisində koronavirusa yoluxanların sayında artım var.
Qeyd edək ki, ötən gün 1 151 nəfər virusa yoluxub, doqquz nəfər vəfat edib.
Baş infeksionist Təyyar Eyvazov bunun səbəblərini açıqlayıb.
O bildirib ki, bunun əsas səbəb artıq Avropanın bir hissəsində yayılan və hazırda ölkəmizdə olan “Omikron” ştammının mövcudluğudur.
Baş infeksionist COVID-19-a yoluxma sayının artmasının kütləvi immunitet yaratması ilə bağlı məsələyə aydınlıq gətirib. Bildirib ki, xəstəliyə yoluxub sağalanlarda təbii immunitet formalaşır.
“Koronavirusa yoluxma belə dinamika ilə davam edərsə, bununla bağlı müvafiq addımlar atıla bilər”, – deyə Təyyar Eyvazov əlavə edib.