Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.
97 kq çəki dərəcəsində çıxış edən güləşçimiz gürcüstanlı rəqibi Elizbar Odikadzeni 7-5 hesabı ilə üstələyib.
O, bürünc medal uğrunda kubalı Reyneri Salas Pereslə güləşəcək.
Şərif Şərifov və Reyneri Salas Peres arasında görüş başlayıb.
Mübarizə 3:3 hesabı ilə başa çatıb. Sonuncu xalı kubalı qazandığı üçün idmançımız məğlub hesab edilib.