Sərhəddə görüş başladı – FOTO

0
77

“Hazırda Ermənistanın Tavuş vilayəti ilə Azərbaycanın Qazax rayonu arasındakı sərhəddə iki ölkə rəsmilərinin görüşü keçirilir”. 

Bu barədə “Azadlıq” radiosunun Ermənistan bürosu məlumat yayıb.

Yerli sakinlərin sözlərinə görə, Tavuşun Azatamut kəndindən Azərbaycanın Qazax rayonuna gedən yolda hərbi polis gücləndirilmiş iş rejiminə keçib.

Səhər saatlarında kənd sakinləri dövlət maşınlarının Azərbaycan sərhədinə getdiyini görüblər. Hazırda Demarkasiya Komissiyalarının iclasının keçirildiyi ehtimal edilir.

Xatırladaq ki, Qazaxın Aşağı Əskipara, Bağanis Ayrım, Xeyrimli və Qızılhacılı kəndlərinin mayın 15-də – bu gün Azərbaycana təhvil veriləcəyi açıqlanmışdı.