Jan-Mişel Baskinin “Sabado por la Noche” (“Şənbə gecəsi”) tablosu 14,5 milyon dollara satılıb.
Bu barədə “Christie’s” hərrac evinin yaydığı məlumata görə, əsər Honq-Konqda keçirilən hərracda alıcısını tapıb.
“Şənbə gecəsi” bu yaz Asiyada hərracda satılan ən bahalı əsərdir.
1984-cü ilə məxsus əsər Baskinin son dövrünə aiddir.