Sələmçilərin nəzərinə: Faiz tələb etmək cinayətdir VİDEO

0
1978

Qazancımız maddi ehtiyaclarımızı ödəməyəndə üz tuturuq müxtəlif banklara ki, kredit götürək. Ancaq heç də hər dəfə istəyimizə nail ola bilmirik. Çünki bəzilərinin gəlirləri bankların qoyduğu tələbləri ödəmir. Belə olan halda isə çıxış yolu kimi sələmi seçir. Çünki sələm götürmək üçün heç bir sənədə ehtiyac yoxdur.  Ancaq faizlər olduqca yüksəkdir. Belə ki, sələm alan şəxs tələb edilən faizi hər ay ödəsə, bu, ümumi borca təsir etmir və sonda vətəndaş həmin məbləği tam şəkildə qaytarmalı olur.Bu cür hallarxüsusilə bögələrdə daha çox müşahidə edilir.

Bəzilər isə sələmin şərtlərindən xəbərdar olduqlarından bu cür borca girməyə risq etmirlər. 

Hüquqşünas Bəylər Məmişov bildirir ki, borc pul müqabilində borcalandan yüksək faizin tələb olunması qanunla qadağandır.Ancaq 3 min manatdan artiq verilən borc pul mütləq qaydada sənədləşdirilməlidir. 

Hüquqşünasın sözlərinə görə, belə qanunsuz əməllər cinayət tərkiblidir və həmin şəslər eyni zamanda vergidən yayındığı üçün məsuliyyətə cəlb oluna bilərlər. 

Sələm dinimizdə də qəbul edilmir. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, belə hərəkətlər islamda günah sayılır. 

İlahiyyatçının sözlərinə görə,sələm verənlərlə bərabər, həmin pulu götürən şəxslər də eyni günahı işləmiş olur.