Şəhidlərimizin məzarı yanındakı Azərbaycan bayrağına qarşı hörmətsizlik – YENİLƏNİB + FOTO

1
467

Sumqayıt Şəhər İcra Hakimiyyəti şəhərin Şəhidlər Xiyabanında dəfn edilmiş Əbdülməcid Axundovun və Rəşid Baxşəliyevin məzarı yanındakı Azərbaycan bayrağının naməlum şəraitdə asıldığı dirəkdən çıxarılaraq, kənara atılması ilə bağlı məqama aydınlıq gətirib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev açıqlamasında bildirib ki, məsələ artıq nəzarətə götürülüb:

“Hazırda aidiyyəti qurumlarla əraziyə baxış keçirilir. Məlum məsələ ilə bağlı Şəhidlər Xiyabanında xidmət aparan polis əməkdaşları ilə danışıqlar aparılıb. Hadisənin hansı şəxs və ya şəxslər tərəfindən törədildiyi ilə bağlı araşdırmalara başlanıb. Hazırda məzarın ətrafında bərpa işləri aparılır. Şəhidlərimiz bizim fəxrimizdir. Araşdırmanın yekun nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

10:13

2016-cı ildə baş tutan Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış və Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilmiş Əbdülməcid Axundovun və Rəşid Baxşəliyevin məzarı yanındakı Azərbaycan bayrağı naməlum şəraitdə asıldığı dirəkdən çıxarılaraq, kənara atılıb.

Bununla bağlı  Ə.Axundovun anası Ceyran Həsənova məlumat verib.

Onun sözlərinə görə, bu, ilk hal deyil:

“Dəfələrlə bu kimi hallarla qarşılaşmışıq. Bu gün səhər də oxşar mənzərənin şahidi olduq. Dirəklər yerindən çıxarılıb, bu zaman şəhidlərimizin qəbirləri də zədələnib, bayraqlar isə yerə atılıb. Polisə müraciət etmişik”.