Şəhidlər xalqımızın qəhrəmanlar itkisidir

0
334

Hər bir rəhmətə gedən onun yaxınlarının itkisi, hər bir şəhid olan isə xalq itkisidir.
Canlarını doğma torpaq üçün qurban verənlərin acısı bütün xalq üçün ömürlükdür. Ancaq bu acı fəxrlə müşayiət olunur. Şəhidlər daim fəxrlə anılır.
Minlərlə insanın bu fəxr və acısının ömürlük yaşaması isə şəhidlərin ruhunun şad olması üçün kifayət etmir.
Xilas olan torpağımızı şərəflə qorumaq, cənnətə çevirmək, yaralı qazilərimizi hər zaman hörmətlə qorumaq və yaşatmaq üçün hər bir kəs əlindən gələni əsirgəməməlidir.
Şəhidlərimizə nə qədər borculuyqsa, qazilərimizə də həmçinin.
Hər zaman iftixarla yad etdiyimiz şəhidlərimiz qalibiyyət rəmzimiz olmaqla yanaşı, qazilərimizin yaşam simvoluna çevrilmişlər.
Onların ruhunu da bizim kədərimiz deyil, xoş yaşantılarımız sevindirəcək.
Aramızda qəlbləri daşa çevrilmişlər olsa da, həyata borcları olduğunu yaşayanlar da var.
Özünü qətllə dünyasını dəyişənlərin atdıqları son addımlar da çox zaman məhz qəlbləri daşdan olanların vicdansızlığı üzündən olmuşdur.
Aramızdakı mənfi ünsürlərdən yaxa qurtarmaq nə qədər çətin olsa da, yaşam dünyamızda xeyirxah insanların daimi mübarizəsi onların sayını azalda bilər.
Bu ümidləri boş zənn etməyin. Şəhidlərimizin müntəzəm anılması, qazilərimizə minlərlə insan və dövlət tərəfindən yardım edilməsi etinasızların da bu diqqət yükünə cəlb edilməsinə səbəb olacaq.

Sənubər