Sədr: “Dünyanın bir çox ölkəsində hakim-media münasibətlərində çətinlik var”

0
295

“Dünyanın bir çox ölkəsində səfərdə olan hakimlərə media ilə necə əlaqə qurduqları sual olunur. Media ilə münasibətlərin qurulmasının çətin olduğunu onlar da deyirlər”.

bu fikirləri Məhkəmə Hakimləri Assosiasiyasının İttifaqının sədri Ələddin Cəfərov deyib.

Onun sözlərinə görə, Azərbaycanda məhkəmə hər kəsin üzünə açıqdır:

“Bu sualları verməkdə məqsədimiz odur ki, xaricdəki faydalı təcrübəni tətbiq edək. Lakin elə xarici ölkələrdə də vəziyyət çətindir.

Bu gün mətbuat işçiləri ilə təşkil edilən görüşlərdə, təlimlərdə jurnalistlərin məhkəmələrə, hakimlərə və keçirilən proseslər barədə müvafiq informasiyaların əlçatanlığının təmin edilməsi tənzimlənir. Odur ki, Azərbaycanda məhkəmə hər kəsin üzünə açıqdır. Nə qədər ki, jurnalistlər məhkəmə hakimlərini başa düşürlər, məhkəmə şurası da medianı anlayışla qarşılayacaq”.

“Məhkəmələrdən, hakimlərdən yalnız qərəzli yazı verən bəzi jurnalistlər var. Nöqsanlar barədə aidiyyəti üzrə hər zaman tədbirlər görülüb, görüləcəkdir. Amma məhkəmə sahəsində yaradılan şəraitlərdən də yazmaq lazımdır. Qərəzli mövqelərin azalması, görülən işlərin şəffaflıqla işıqlandırılması daha yaxşı olar”, – deyə Ə.Cəfərov qeyd edib.