“Ruzinin azalmasına səbəb olan günah – zinadır”.

0
754

Ruzini azaldan amillərdən bəzilərinə diqqət edək:

1. Günah. İmam Baqir (ə) buyurur: “Bəndə günah edən zaman ruzisi azalar”.
2. Zina. İmam Sadiq (ə) buyurur: “Ruzinin azalmasına səbəb olan günah – zinadır”.
3. İsraf etmək. İmam Əli (ə) buyurur: “İsraf edən nemətdən məhrum olar”.
4. Zəif ibadət etmək. Yəni, ata və ana üçün dua etməmək, namazı yüngül hesab etmək, ibadəti az etmək, məsciddən çıxmağa tələsmək.
5. Başqalarına ehtiramsızlıq etmək.
6. Təmizliyə nəzarət etməmək.
7. Yeməyi cənabətli olan halda yemək.
8. Çörək qırıqlarına ehtiramsızlıq etmək.
9. Evin qabağını yumamaq.
10. Dırnaqları dişlər ilə təmizləmək.
11. Nizamsızlıq.
12. Günəş çıxmazdan əvvəl yatmaq.
13. Məğrib və işa namazları arasında yatmaq.
14. Uzanmış halda yemək yemək.
15. Paltarı əynində olan halda tikmək.
16. Sınmış qələmlə yazmaq.
17. Gecə vaxtı evi süpürmək.
18. Xərclərində etidala riayət etməmək.
19. Səhər tezdən bazara getmək.
20. Simiclik.
21. Kasıblığını dilə gətirmək.
22. Qapıya gələn yoxsulu axşam vaxtı rədd etmək.
23. Övladı lənətləmək.
24. Soğan və sarımsaq qabığını yandırmaq.
25. Ğinaya çoxlu qulaq asmaq.
26. Çox danışmaq.

27. İşində tənbəl olmaq. (Həvzəh)