Rusiyanın bu regionunda fövqəladə vəziyyət ELAN EDİLDİ

0
80

Yakutiyada daşqınla bağlı yaranan çətin vəziyyətlə əlaqədar regional fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Bu barədə region rəhbəri Aysen Nikolaev məlumat verib.

“Respublikanın bir sıra rayonlarında yaranmış ağır daşqın vəziyyəti ilə əlaqədar mən 2024-cü il mayın 20-dən regional fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında sərəncam imzaladım”, – qubernatorun bəyanatında deyilir.

Onun sözlərinə görə, vilayət hökumətinə yaşayış məntəqələrinin və təsərrüfat obyektlərinin bərpası, eləcə də əhalinin normal həyatını təmin etmək, zərərçəkmiş sakinlərə sosial və maddi yardım göstərmək üçün bütün lazımi tədbirləri görməyi tapşırıb.