Rusiyadan olan politoloqun Ermənistana girişinə QADAĞA QOYULDU

0
15

Rusiyalı politoloq Andranik Miqranyanın Ermənistan ərazisinə girişinə qadağa qoyulub.

Bu barədə Rusiya Erməniləri İttifaqının (UAR) “Telegram” kanalında məlumat yayımlanıb.

“Valideynlərinin məzarlarını ziyarət etmək üçün Ermənistana gələn Andranik Miqranyana Yerevanın Zvartnots hava limanında bildiriblər ki, onun vətəninə girişi qadağandır”, – məlumatda deyilir.

Qadağanın səbəbləri göstərilmir.