Rusiyada yeddi kilometr məsafədə hədəfi vura biləcək snayper hazırlanır

0
350

Rusiyada yeddi kilometr məsafədə hədəfləri vura biləcək unikal “DXL-5” snayper tüfənginin yaradılması işlərinə başlanılıb.

Bu barədə sözügedən silahı hazırlamağı planlaşdıran “Lobaev Arms” şirkətinin baş direktoru Vladislav Lobayev danışıb.

Hazırda ən uzaq mənzilə sahib snayper tüfəngi sayılan “Sumrak” hədəfi 2.5-4.2 kilometr məsafədə vura bilir.

Lobayevin sözlərinə görə, 6-7 kilometr məsafəni vura biləcək snayper tüfəngi dünya bazarında hələlik mövcud olmayıb.

Tüfəng belə böyük məsafəyə imkan verəcək texnoloji yeniliklərdən istifadə olunan güllə ilə təchiz ediləcək.

Silahın 2021-ci ilin əvvəlində hazır olacağı ehtimalı var.