Rusiya Dövlət Duması uşaqlara valideynlərinin icazəsi olmadan adlarını dəyişmək hüququnun verilməsini təklif edib.
Rusiya Dövlət Dumasının sədr müavini Vladislav Davankov məktəblərdə uşaqlara qarşı bullinq hallarının qarşısını almaq məqsədilə belə bir təkliflə Əmək Nazirliyinə müraciət edib.
Onun sözlərinə görə, Rusiyada valideynlər övladları üçün getdikcə daha qeyri-adi adlar seçirlər. Bu isə uşaqları bullinqə məruz qoyur. Məsələn, Lüsifer, Donatella, Avropa, Şəkər, Kit, İnvoker, Mirana, Lunara və s. kimi adlar seçildikdə, uşaqlar tez-tez zorakılıq və ya sosial təcrid ilə üzləşirlər.
Qeyd edilir ki, uşaqların adlarını dəyişdirmək üçün yalnız təhsil qurumunun bullinq faktını təsdiqləməsi kifayət edəcək.
Həmçinin vurğulanır ki, uşağa yalnız Rusiyada yayılmış ənənəvi adlar siyahısından yeni ad verilə bilər.