Rusiyada tələbə insanları atəşə tutdu, sonda intihar etdi – VİDEO – FOTO

0
424

Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində İnşaat kollecində atışma olub.

Tələbələrdən biri kollec binasının üçüncü mərtəbəsində insanlara atəş açıb, sonra isə həyatına son qoyub.

Şahidlər beş dəfə atəş səsi eşidiblər. Onlardan üçü dəhlizdə, ikisi isə kabinetdə açılıb.

Hadisə nəticəsində atəş açan tələbənin özü və daha bir nəfər ölüb, 5 nəfər yaralanıb.

Yaralananlardan üçünün adı məlumdur – Yeqor S., Kasyan K., Vladislav R..

Tələbənin hansı səbəbdən atəş açması məlum olub.

“TASS” bildirir ki, ilkin məlumata görə, tələbəni gecikdiyinə görə auditoriyadan çıxarıblar, bundan sonra o, tələbələrə odlu silahdan atəş açıb.

Hadisə yerində polis əməkdaşları işləyir.

Tələbələri atəşə tutan şəxsin fotosu da yayımlanıb.

İstintaq Komitəsinin Amur vilayəti üzrə İstintaq İdarəsi Blaqoveşensk şəhərində kollecdə baş verən atışma faktı ilə bağlı cinayət işi açıb.

İstintaq Komitəsinin məlumatına görə, atəş açan tələbənin 19 yaşı var. Hadisə nəticəsində həyatını itirən tələbənin 19, yaralananların isə 17, 19 və 20 yaşları var.

Rusiyanın Blaqoveşensk şəhərində yerləşən kollecdə baş verən atışma nəticəsində iki nəfər həlak olub, daha üç nəfər yaralanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Amur vilayəti üzrə İdarəsindən bildirilib.

Məlumata əsasən, polisə naməlum şəxs tərəfindən yaxınlıqdakı kollecdə atəş açıldığı çatdırılıb.

Hadisə yerinə gələn polislər ikinci mərtəbədə silahla olan bir gənci görüblər. O, hüquq-mühafizə orqanların əməkdaşlarına tərəf bir neçə dəfə atəş açıb, nəticədə polis cavab atəşi açıb:

“Hadisə yerində iki gəncin, o cümlədən atəş açanın cəsədləri tapılıb. İlkin məlumatlara görə, hadisə nəticəsində üç nəfər yaralanıb”.