Rusiyada 200 kiloqramdan artıq yüklə 300 kilometrə qədər məsafəyə uçmaq qabiliyyətinə sahib pilotsuz uçuş aparatı (PUA) yaradılıb.
Bu barədə BRAERON layihəsinin rəhbəri Dmitri Arsentyev danışıb.
Onun sözlərinə görə, aparılan sınaqlar PUA-nın logistika və poçt çatdırılmaları üçün əlverişli olduğunu ortaya qoyub.
Aparat -40 dərəcədən +40 dərəcəyə qədər temperaturda çalışır, maksimal yükgötürmə qabiliyyəti 240 kiloqramdır.