Rusiyanın “Rossiya-1” telekanalı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi səfəri barədə süjet hazırlayıb.
Mehriban Əliyeva noyabrın 20-dən Rusiyada rəsmi səfərdədir.
Səfər çərçivəsində o, Moskvada naməlum əsgərin məzarını ziyarət edib, Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb və “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub.