
Suriyanın Haseke şəhərindəki Tel-Tamer qəsəbəsinin şimal-qərbində Rusiyaya məxsus helikopterin qəzaya uğraması ilə bağlı xəbər yayılıb.
Helikopterin Tel-Tamer qəsəbəsi yaxınlığında yerləşən Rihaniyyə və Qasımiyyə kəndləri arasındakı bölgəyə düşdüyü iddia edilib.
Sözügedən bölgə Türkiyə ilə sərhədə yaxınlığıyla tanınır.
Hadisənin detalları barədə məlumat yoxdur.