Rusiya ƏL-AYAĞA DÜŞDÜ – Təyyarəmizi vuran “Pantsir-S” Qroznıdan çıxarılır

0
19

Baş verən faciəvi təyyarə qəzası ilə bağlı istintaqın ilkin nəticələrinə əsasən, müəyyən edilib ki, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.

Azərbaycan Prezidentinin bu gün AzTv-yə müsahibəsi zamanı qətiyyətli çıxışından əl-ayağa düşən ruslar, Çeçenistan ərazisində olan və sərnişin təyyarəmizi vuran həmin “Pantsir-S” HHM sistemini Qroznıdan çıxarıblar.