Payızda Ukrayna müharibəsində yağışlar səbəbindən döyüş əməliyyatları dayandırılacaq.
Bu barədə “Vostok” qoşunlar qrupunun komandirinin müavini, general-leytenant Roman Qrekov deyib.
“Hazırda tapşırıqların yerinə yetirildiyi ərazidə torpağın xüsusi təbiəti ağır silahlardan, təkərli tırtıllı maşınlardan istifadəni çətinləşdirir, çünki palçıqla hərəkət etmək mümkün deyil”, – deyə o bildirib.
Hərbçi hava şəraitinin həm Rusiya, həm də Ukrayna əsgərlərinə təsir etdiyini vurğulayıb. Onun sözlərinə görə, ordu 2022 və 2023-cü illərdə də analoji dövrü yaşayıb.
“Biz təxminən müəyyən qaçılmaz fasilə olacağını proqnozlaşdırırıq”, – Qrekov deyib.