Rusiya daha 4 ölkə ilə hava nəqliyyatını bərpa etmək barədə qərar verib.
Bu barədə Rusiya Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Şimal qonşumuz sentyabrın 21-dən Qazaxıstan, Qırğızıstan və Belarusla, sentyabrın 27-dən isə Cənubi Koreya ilə təyyarə əlaqəsini bərpa edəcək.