Rusiya – Azərbaycan sərhədində baş verənlərlə bağlı Dövlət Gömrük Komitəsindən AÇIQLAMA

0
429

Kənd təsərrüfatı məhsulları ilə dolu olan yüzlərlə avtomobil Azərbaycan Rusiya sərhədindəki “Samur” sərhəd gömrük buraxılış məntəqəsində qalıb.

Kadrlarda yük avtomobillərinin ucsuz bucaqsız növbədə gözlədiyi öz əksini tapıb.

“Qarabağ Transport” şirkətinin rəhbəri Ramil Bəylərovun sözlərinə görə, hətta pandemiya dövründə hər gün azı 200-250 TIR Rusiyaya buraxılırdısa, son bir həftə ərzində gün ərzində cəmi 20-25 maşının keçidinə icazə verilir.

Yük maşınlarında kartof, pomidor, çiyələk və başqa kənd təssərüfatı məhsulları daşınır. Lakin TIR-ların 4-5 gündür sərhəddə gözləməsi məhsulların tələf olmasına gətirib çıxarır. Digər tərəfdən soyducular fasiləsiz işlədiyindən gündəlik 50 litr yanacaq sərf edilir ki, bu da iş adamlarına maddi ziyan vurur.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov isə açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir, hər gün 250-yə qədər yük maşını sərhəddən keçir.

Onun sözlərinə görə, yük maşınlarının buraxılması proesduru ənənəvi qaydada davam etdiriləcək.