Hüquqları “Roma”da olan PSJ-nin müdafiəçisi Alessandro Florensi Fransa klubunun tamhüquqlu futbolçusu ola bilər.
Jurnalist Nikolo Skira sosial şəbəkə hesabında “parislilər”in “Roma”dan 29 yaşlı futbolçunu almaq istədiyini qeyd edib.
Transferin dəyəri doqquz milyon avro təşkil edəcək. Klub artıq Alessandro Florensi üçün dörd illik müqavilə də hazırlayıb.
Qeyd edək ki, PSJ A.Florensini 2020-ci ilin sentyabrında icarəyə götürüb.