Rauf Məmmədov şahmatçılar üçün onlayn seans təşkil edəcək

0
449

Şahmat üzrə Azərbaycan yığma komandasının üzvü, üçqat Avropa çempionu Rauf Məmmədov xüsusi karantin günlərində “Lichess.org” şahmat platforması üzərindən onlayn seans təşkil edəcək.

Seans oyunları aprelin 8-9-da saat 14:00-da keçiriləcək. Əlli dəqiqə davam edəcək və hər seansda cəmi 25 şahmatçı iştirak edə biləcək.

Rauf Məmmədov şahmatsevərləri seansa dəvət edərkən bunları qeyd edib: “Ümid edirəm ki, biz birlikdə çox gözəl və xoş vaxt keçirəcəyik. Evdə qalın, özünüzü qoruyun və yaxınlarınızı qoruyun!”.