İctimai Nəzarət Koalisiyasının sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri, ictimai xadim Rasim Məmmədovun daha bir humanist addımı sosial şəbəkələrdə böyük rezonans yaratmışdır. Təbiiliyi, sadəliyi, səmimiliyi ilə onu yaxından tanıyanları belə bir daha riqqətə gətirmiş, bütün rəhbər işçilərə layiqli nümunə və örnək ola biləcəyinə əmin olduğumuz bu addımı vəzifəsindən asılı olmayaraq hər bir kəsin mənəviyyatını müsbət yönümdə silkələyəcəyinə və davamlı addımlar görəcəyimizə inanırıq.
Təqdim etdiyimiz bu videoçəkilişdə Rasim Məmmədov eyni zamanda, evini ziyarət etdiyi, bir vaxtlar yaxın qonşusu olduğu Göyçək xalanın həyat yoldaşı, 1949-cu ildə Sumqayıt şəhərinin tikintisində iştirak etmiş, ümummilli liderimiz Heydər Əliyevin bibisi oğlu oğlu mərhum Əmənulla dayının həyatı haqda maraqlı məlumatlar vermişdir.
Göyçək xalanın yerli sosial müdafiə işçilərindən şikayətinin də aidiyyatı orqanların diqqətindən kənarda qalmayacağına ümid edirik.
“ictimaixeber.az”