Rafael Ağayev dörd ildən sonra “Karate Combat”a qayıdır: İlk döyüşün tarixi bilindi

0
282

Azərbaycanlı idmançı Rafael Ağayev yenidən peşəkar karate yarışı sayılan “Karate Combat” turnirində çıxış edəcək.

Bu barədə  karate üzrə beşqat dünya çempionunun özü məlumat verib.

“Artıq təşkilatla müqavilə bağlamışam. Yanvarın 28-də Macarıstanın paytaxtı Budapeştdə döyüşüm olacaq. Ancaq müqavilə şərtlərinə əsasən, rəqibin adını çəkə bilmərəm”.

Xatırladaq ki, Rafael Ağayev ilk dəfə bu turnirdə 2018-ci ildə çıxış edib. O həmin vaxt Dominikan karateçisi Dionisio Qustavo ilə döyüşüb və qalib gəlib.

Qeyd edək ki, bu təşkilatda idmançılar ənənəvi karate geyimlərində çıxış etmir və qaydalara görə, bir-birlərinə tam zərbə (“full contact”) vura bilərlər. Onların çıxış etdikləri zallar da fərqli olur. Azərbaycandan bu yarışda həvəskar karatedə karyerasını başa vurmuş, 14-15 yaşadək karate millimizin böyük məşqçisi Şahin Atamov da çıxış edir.