Rəsmi Moskvadan ermənilərin təxribatına münasibət

0
171

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın ötən gün Azərbaycanla sərhəddə törətdiyi təxribata münasibət bildirib.

Nazirliyin sözçüsü Mariya Zaxarova aprelin 12-də keçirdiyi həftəlik brifinqdə deyib ki, sərhəddə atışma baş verəndən sonra Moskva vəziyyətin gərginləşməməsi üçün dərhal tədbirlər görüb.

O qeyd edib ki, baş verənlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarına riayət edilməsinin vacibliyini göstərir: “Dünən Ermənistan-Azərbaycan sərhədində insident baş verən kimi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nümayəndələri Azərbaycan və Ermənistanın məsul şəxsləri ilə birgə əraziyə gediblər və lazımi tədbirləri görüblər