Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Hindistanda baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı verib.
“Biz Hindistanda baş verən təyyarə qəzasından dərin təəssüf hissi keçiririk. Bu faciəvi təyyarə qəzasında ölənlərin yaxınlarına səmimi qəlbdən başsağlığı veririk. Yaralıların isə tezliklə sağalmasını arzulayırıq”, – deyə, XİN -in açıqlamasında qeyd olunub.
Xatırladaq ki, Dubaydan uçan “Air India Express” hava yollarına məxsus təyyarə Hindistanın Kerala ştatının Kəlkətə hava limanına eniş edərkən uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb.
Ən son məlumatlara görə, hadisə nəticəsində 20 nəfər ölüb, 140 nəfər isə xəsarət alıb.