Rəsmi Ankaradan Azərbaycandakı seçkilərlə bağlı AÇIQLAMA

0
344

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanda Milli Məclisə seçkilərlə əlaqədar keçirilən səsvermə barədə bəyanat yayıb.

Türkiyə XİN qeyd edib ki, seçkilərin Azərbaycana xeyirli olmasını arzulayır.

“Seçkilərdə əldə edilən qələbə səbəbi ilə Prezident İlham Əliyevi və onun lideri olduğu Yeni Azərbaycan Partiyasını təbrik edirik”, – deyə qeyd olunub.

Türkiyə XİN Azərbaycanda dairələrin seçkilərin demokratik və şəffaflıq şəraitində keçirilməsi üçün göstərdikləri cəhdləri, xalqın seçki prosesində nümayiş etdirdiyi fəallığı yüksək qiymətləndirdiyini bildirib.