Qurban bayramı Tərtərdə xoş əhval-ruhiyyə ilə qeyd olunub

0
492

Müsəlman dünyasının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı respublikanın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da xoş əhval-ruhiyyə ilə qeyd edilib.

Bayram münasibətilə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri saflıq və mərhəmət rəmzi olan Qurban bayramı münasibətilə təbrik edərək onlara əmin-amanlıq, cansağlığı və süfrələrinə ruzi-bərəkət arzulayıb. Bildirib ki, müqəddəs Qurban bayramı Azərbaycanda geniş qeyd olunur. Bu müqəddəs bayramda insanlar xeyirxah əməlləri ilə ehtiyacı olanlara yardımlar edir, kəsdikləri qurbanlardan onlara pay verirlər.

Sonra qurbanlıq qoyunlar kəsilərək, Qarabağ, Böyük Vətən müharibəsi və Çernobıl əlillərinə, şəhid, aztəminatlı ailələrə, ahıl və tənha vətəndaşlara, təmas xəttinə yaxın yerləşən kəndlərin sakinlərinə, Şıxarx qəsəbəsində yaşayan məcburi köçkünlərə, həmçinin hərbi hissələrə qurban payları göndərilib.

Sakinlər göstərilən maddi və mənəvi dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.