Qubad İbadoğlu: “Azərbaycanda neft gəlirləri çox sürətlə tükənir”

0
28

İqtisadçı-alim, London İqtisad Məktəbinin professoru, Azərbaycanda ev həbsində olan Qubad İbadoğlu ilə müxbirimiz Aygül Mehman söhbətləşib.

Professor BBC News Azərbaycancaya sağlamlıq vəziyyətindən, Azərbaycan neftinin sürətlə tükənməsindən, özünün ev həbsindən, eləcə də Azərbaycanın inkişafının asılı olduğu bəzi səbəblərdən danışıb.

Qubad İbadoğlu bildirib ki, hazırda Azərbaycanın enerji balansında “bərpa olunan enerjinin sayı cəmi 1,3 faizdir”. Onun sözlərinə görə, bu göstərici hətta sovet dönəmindəki rəqəmlərdən də aşağıdır.

“Hazırda təxminən 70 faizin üzərində qazdır, haradasa 28 faizdən də yuxarı neftdir. Azərbaycan üçün də, dünya üçün də enerji keçidini sürətləndirmək çox vacibdir. Amma mən bilirəm ki, indi Azərbaycan üçün ənənəvi enerji resurslarından imtina etmək elə iqtisadi intihara bərabər bir şeydir.