“Qobustan Günəş Elektrik Stansiyasının 2026-cı ildə istismara verilməsi gözlənilir”.
Bu sözləri jurnalistlərə açıqlaması zamanı Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.

O bildirib ki, 20-25 gün ərzində müqavilələr tam yekunlaşacaq və istismara verilmə tarixi daha dəqiq məlum olacaq.