Elm adamları hesab edir ki, qlobal istiləşmə əbədi buzlaqlarda tapılan qədim Sibir viruslarının yayılmasına səbəb ola bilər.
Bu barədə “The Guardian” yazıb.
Məqalədə deyilir ki, bu, Mafusaila mikroblarının ştammları və ya zombi virusları da adlandırılır və artıq tədqiqatçılar onu müəyyən edib. Elmi ictimaiyyətin nümayəndələri uzaq keçmişdən gələn təhlükəli infeksiyanın qlobal miqyasda yeni epidemiyaya səbəb ola biləcəyindən ehtiyat etdiklərini bildiriblər. Nəşrdə qeyd olunub ki, onlar qədim mikroorqanizmlərin yaratdığı xəstəliklərin ilkin hallarını aşkar etmək üçün Arktika monitorinq şəbəkəsinin yaradılmasını planlaşdırmağa başlayıblar.
Mütəxəssislər deyiblər ki, onlar əbədi buzlaqlarda hansı virusların gizləndiyini dəqiq bilmirlər, lakin qlobal istiləşmənin onları sərbəst buraxması və məsələn, poliomielit xəstəliyinin qədim formasına səbəb olması riski var.
Eks-Marsel Universitetindən genetik Jan-Mişel Klaveri 2014-cü ildə oxşar təcrübə aparıb. Alimlər qrupu ilə birlikdə o, Sibir viruslarını təcrid edib və patogenlərin əvvəllər on minlərlə il ərzində əbədi buzlaqlarda basdırılmasına baxmayaraq, onların təkhüceyrəli orqanizmləri yoluxdurmaq qabiliyyətini nümayiş etdirib. Klaverinin fikrincə, Arktikanın sənaye inkişafı buzların əriməsi ilə birlikdə çoxlu sayda patogen mikroorqanizmlərin yayılmasına səbəb olacaq.
Bu bölgədə mədənçiliklə məşğul olan insanlar “viruslarla nəfəs alacaqlar”. Bunun nəticələri fəlakətli ola bilər”, – fransız genetiki yekunda vurğulayıb.