Qızdırmanı nə vaxt salmaq olmaz? Həkimdən gözlənilməz açıqlama

0
21

Bir çoxları qızdırmanın ilk əlamətlərində – 37 dərəcəni keçən kimi temperaturu salmağa vərdiş edib, lakin belə yanaşma səhvdir.

Bu barədə terapevt həkim Nadejda Çernışova danışıb.

Mütəxəssisin sözlərinə görə, infeksion xəstəliklər zamanı yüksək bədən temperaturu orqanizmin təbii müdafiə mexanizmidir.

“Temperatur yüksəldikdə, immunitet kəskin şəkildə aktivləşir, anticisimlər çox sürətlə istehsal olunmağa başlayır, mikroblarla mübarizə aparan hüceyrələrin, leykositlərin sintezi artır. Bundan əlavə, bədən temperaturu təxminən 38 dərəcə olduqda antibiotiklərin təsiri də artır, həmçinin bir çox xəstəlik törədiciləri, mikroblar və viruslar ya məhv olur, ya da çoxalmağı dayandırır”, – deyə Çernışova izah edib.

Həkim vurğulayıb ki, temperaturu aşağı salanda isə əksinə, biz orqanizmin infeksiyaya qarşı mübarizə qabiliyyətini zəiflədirik və sağalmanı gecikdiririk.

O, hətta 38.6-38.7 dərəcə temperaturu normal keçirdiyi təqdirdə insanın hərarətsalıcı dərmanlardan imtina edə biləcəyini vurğulayıb.

“Əsasən özünüzü necə hiss etdiyinizə diqqət yetirmək lazımdır”.

Bununla belə həkim vurğulayıb ki, əgər insanda, xüsusilə uşaqda qıcolmaya meyillik varsa, yaxud dözülməz baş ağrısından şikayət edirsə, bu halda daha aşağı temperaturda belə hərarətsalıcı dərmanlar lazımdır.