Qazaxıstanla Azərbaycan arasında aviareyslərin bərpasına iyulun 1-dən sonra baxılacaq.Bu barədə Qazaxıstanın Mülki Aviasiya Komitəsinin Mətbuat Xidməti məlumat verir.
“Azərbaycan epidemioloji vəziyyətlə bağlı beynəlxalq uçuşlara 2020-ci ilin 1 iyuluna qədər məhdudiyyət qoyub.
Bununla əlaqədar olaraq, Qazaxıstanla Azərbaycan arasındakı birbaşa uçuşların bərpasına göstərilən tarixdən sonra baxılacaq”, – açıqlamada qeyd olunur.