Qazaxıstanda onlarla iğtişaşçı saxlanıldı: Avtomat, snayper tüfəngləri müsadirə olundu

0
308

Qazaxıstanın cənubundakı Jambil əyalətində onlarla iğtişaşçı saxlanılıb.

Onlardan avtomat, snayper tüfəngləri, tapança və pul vəsaitləri müsadirə edilib.

İğtişaşçıların vəsaiti müxtəlif valyutalarda saxladığı qeyd olunur. Saxlanılan şəxslərin həmçinin aksiyalarda iştirak edənləri spirtli içki və narkotik vasitələrlə təchiz etdiyi bildirilir.  Saxlanılanların sayının ümumilikdə 139 nəfər olduğu qeyd olunur.