Qazaxıstanda cinsiyyətin dəyişdirilməsinə icazə verəcək qanun layihəsi müzakirələrə səbəb olub

0
18

Qazaxıstan parlamentinin deputatı Məhərrəm Məhərrəmov hökumət qurumlarına müraciət ünvanlayaraq, qanunvericiliyə dəyişiklik edilənə qədər ölkədə cinsiyyət dəyişdirmə əməliyyatlarının dayandırılmasını istəyib.

M.Məhərrəmov baş nazirin müavini Serik Jumanqarinə ünvanladığı müraciətində Qazaxıstanda ənənəvi ailə dəyərlərinin qorunub saxlanılmasının zəruriliyini vurğulayıb.

O xatırladıb ki, “İnsanların sağlamlığı və səhiyyə sistemi haqqında” məcəlləyə əsasən, Qazaxıstanda 21 yaşına çatmış və cinsi pozğunluğu olan şəxslərə cinsiyyətin dəyişdirilməsinə icazə veriləcək. Lakin deputatın fikrincə, belə əməliyyatların zəruriliyi əlavə ictimai müzakirəyə çıxarılmalıdır.