Böyük Britaniyada “Darragh” qasırğasından sonra on minlərlə insan işıqsız qalıb, İngiltərə və Uelsdə daşqın xəbərdarlıqları davam edir.
Həftə sonu baş verən qasırğa zamanı ağacların avtomobillərin üzərinə aşması nəticəsində iki nəfər həyatını itirib.
Qasırğa elektrik enerjisinin verilişini məhdudlaşdırıb və nəqliyyatda ciddi problemlərə səbəb olub.
Qatar operatorları dəmir yolu şəbəkəsində problemlərin hələ də davam edəcəyi ilə bağlı xəbərdarlıq edib. İngiltərə və Uelsdə yağışlı hava səbəbindən ümumilikdə 36 daşqın xəbərdarlığı qüvvədədir. Bununla belə bazar ertəsinin çox hissəsinin quru keçəcəyi gözlənilir.
Böyük Britaniyanın Enerji Şəbəkələri Assosiasiyasının bazar ertəsinə olan məlumata əsasən, təxminən 66 min müştərinin hələ də elektrik enerjisindən məhrum olduğu bildirilib. Uelsin cənub və mərkəzi bölgələrində 31 mindən çox evin elektrik enerjisi yoxdur.