Qaribaşvili: Türkiyədən dərman idxalı qadağandır

0
297

“Bu gün Türkiyədən Gürcüstana dərman idxalı qadağandır”.

Bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının efirində yayımlanan “Üz-üzə” proqramında deyib.

O qeyd edib ki, ölkədə tələbat olan çoxlu dərmanlar var ki, 10 lari, Türkiyədə isə 1-2 lari ola bilər: “Əczaçılıq sənayesinin yüksək inkişaf etdiyi Türkiyədən dərmanların idxalına niyə məhdudiyyət qoyulur sualına bu gün cavab yoxdur. Türkiyədə əczaçılıq sahəsi və biznesi çox inkişaf edib. Son illərdə yüksək texnologiyalı əczaçılıq fabrikləri yaranıb və bu, bütün sivil ölkələr tərəfindən qəbul edilir. Biz idxal qərarı verən kimi dərmanlar ucuzlaşa bilər”.