Pakistanda məscidin partladılması nəticəsində ölənlərin sayı 44-ə çatıb.
Bu barədə “Dawn” məlumat yayıb.
Daha 157 nəfər yaralanıb.
Bir neçə nəfərin dağıntılar altında qaldığı üçün məscidin daxilində xilasetmə əməliyyatının davam etdiyi qeyd edilir.
“Şəhərdəki xəstəxanalar fövqəladə vəziyyətə gətirilib”, – deyə yüksək səviyyəli bir məmur bildirib.
Polis partlayışdan sonra məscidin damının uçduğunu açıqlayıb