Qarabağın erməni sakinləri Azərbaycana təşəkkür etdi

0
203

Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri Xankəndi şəhəri yaxınlığında baş vermiş yanğın zamanı Azərbaycanın müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlərə görə təşəkkür ediblər.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından verilən məlumatda qeyd olunub.

“Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin nümayəndələri Xankəndi şəhəri yaxınlığında baş vermiş yanğın zamanı Azərbaycanın müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlərə, xüsusilə yanğının söndürülməsi, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi üçün zəruri tibbi ləvazimatların, dərman preparatlarının və təcili tibbi yardım avtomobillərinin əraziyə göndərilməsinə görə xüsusi minnətdarlıq ifadə ediblər”, – məlumatda vurğulanıb.